Tovuzda “KamAZ”dan 16 kisə kartof oğurlandı
    • 31-01-2022, 10:41
    • 292

Tovuzda “KamAZ”dan 16 kisə kartof oğurlandı

Tovuzda oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumatına görə, Tovuz Rayon Polis Şöbəsinə yanvarın 28-nə keçən gecə M.Musayev küçəsində Qazıqulu kənd sakini Q.Böyükkişiyevə məxsus “KamAZ” markalı avtomobildən 1280 manat dəyərində 16 kisə kartofun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş C.Həsənov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.