Azərbaycanda DƏHŞƏTLİ OLAY: 13 yaşlı qızı ərə verdilər
    • 31-01-2022, 12:37
    • 628

Azərbaycanda DƏHŞƏTLİ OLAY: 13 yaşlı qızı ərə verdilər

Masallıda 13 yaşlı qızın ərə verilməsi ilə bağlı məlumat yayılıb.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

“Masallı rayonunun Alvadı kəndində 13 yaşlı qızın ərə verilməsi məlumatı sosial şəbəkələrdə dolaşır. Məlumatı dəqiqləşdirdim. Fakt təsdiqini tapıb. 15 yaş deyilir və uzun müddət uşaq təhsildən də kənarlaşdırılıb. Bu il 15 yaşlı qız 5-ci sinifdə fərdi təhsil alıb...”, - K.Ağazadə qeyd edib.