FHN əməliyyat görüntüləri yaydı - VİDEO
    • 3-02-2022, 10:42
    • 400

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən gün baş verən hadisələrin əməliyyat görüntülərini yayıb.

FHN-dən News24.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 51 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 7 nəfər xilas edilib.