-
- 30-11-2018, 17:15
- 828
Azərbaycanlı gənclər Tbilisidə BMT-nin model konfransında iştirak edir
Gürcüstanın paytaxtı Tbilisi şəhərində BMT-nin model konfransı başlayıb.
Toplantının mövzusu BMT-nin 2030-cu ilə qədər dayanıqlı inkişaf məqsədlərinə həsr olunub.
Üç gün davam edəcək beynəlxalq tədbirdə 15 ölkədən 200-ə yaxın yeniyetmə və gənc iştirak edir.
Azərbaycanı konfransda Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Balaxanım Abbaszadə, Dövlət İqtisad Universitetinin tələbəsi Elnur Abbaszadə və Tbilisidəki Avropa məktəbinin tələbəsi Ülvi Qitəliyev təmsil edir.
Toplantıya qatılan gənc liderlər dünyada iqlim dəyişikliyi, kibertəhlükəsizlik, qaçqınlar, münaqişə zonaları kimi qlobal problemləri müzakirə edəcək, onların aradan qaldırılması üçün innovativ və kreativ həllər hazırlayacaqlar.
Azərbaycanlı gənclər insan haqları, sosial-iqtisadi və təhlükəsizlik məsələlərinə dair müzakirələr və debatlara qatılacaqlar.
Konfransın yekununda qətnamə qəbul olunacaq.
Sabah konfrans iştirakçıları Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşəcəklər. Gənc liderlərlə həmçinin Tbilisi Şəhər Şurasında görüş təşkil olunacaq.
//Report