Azərbaycanda şok hadisə - 15 yaşlı qız evdən qaçdı, sevgilisi ilə dəfələrlə cinsi əlaqədə oldu
    • 10-02-2022, 13:32
    • 1 066

Azərbaycanda şok hadisə - 15 yaşlı qız evdən qaçdı, sevgilisi ilə dəfələrlə cinsi əlaqədə oldu

Sumqayıtda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqəyə girmiş Betonzavod qəsəbə sakini, 1990-cı il təvəllüdlü Elnur Rzayevə cinayət işi açılıb.

News24.az
-ın məlumatına görə, araşdırma zamanı məlum olub ki, Elnur ötən ilin iyul ayında təsadüfən tanış olduğu 15 yaşlı qızla dəfələrlə cinsi əlaqədə olub, onun bakirəliyini pozub.

O, ifadəsində bildirib ki, ötən ilin iyul ayında elan saytına telefonunu satışa qoyub. Elanla maraqlanan bir qız ona zəng edib və telefonu almaq istədiyini deyib. Bundan sonra onlar arasında münasibət yaranıb. Bakının mərkəzindəki məşhur özəl məktəblərdən birində oxuyan 15 yaşlı Məleykə yayla əlaqədar anası ilə birgə Nərimanov rayonundakı evlərindən Xəzər rayonundakı bağa gedərək orada yaşayıb və iyulun 5-də gecə saatlarında evdə heç kimə demədən paltarlarını götürərək Sumqayıtda yaşayan Elnurun yanına qaçıb. Elnur yetkinlik yaşına çatmadığını bildiyi qızı Betonzavoddakı evinə aparıb və anasına onun tanışı olduğunu deyib. Evdə olarkən onlar cinsi əlaqədə olublar və bu bir neçə dəfə davam edib. Ay yarım Elnurla birgə yaşayan 15 yaşlı qız daha sonra anasının istəyi ilə Bakıdakı evə qayıdıb, lakin o, bundan sonra da Elnurla yazışmağa və görüşməyə davam edib. Avqust ayında qızı ilə əlaqə saxlaya bilməyən Məleykənin anası polisə müraciət edib və faktın üstü açılıb. Elnur Rzayev barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.

Məhkəmədə təqsirləndirilən şəxs Məleykə ilə onun öz istəyi ilə əlaqədə olduğunu deyib. Qız da Elnurun dediklərini təsdiq edib. Yeniyetmənin anası da Elnurdan şikayətçi olmadığını bildirib.

Bir neçə gün əvvəl cinayət işi üzrə Sumqayıt şəhər Məhkəməsində proses başa çatıb. Məhkəmə ötən ilin 7 avqustunda həbs edilən Elnur Rzayevin 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına mhəkum edilməsinə və cəzasını ümumi rejimli müəssisədə çəkməsinə qərar verib.