Mikayıl Cabbarovun birinci müavini təyin edildi
    • 10-02-2022, 15:53
    • 928

Mikayıl Cabbarovun birinci müavini təyin edildi

İqtisadiyyat naziri Mikayıl Cabbarova birinci müavin təyin edilib.

News24.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Elnur Aydın oğlu Əliyev iqtisadiyyat nazirinin birinci müavini təyin edilib.

Qeyd edək ki, E.Əliyev 2020-ci ildən iqtisadiyyat nazirinin müavini idi. 

O, əmək fəaliyyətinə İqtisadi İnkişaf Nazirliyində başlayıb, 2005-2009-cu illərdə Nazirlikdə məsləhətçi, aparıcı məsləhətçi, sektor müdiri vəzifələrində çalışıb. 2010-2013-cü illərdə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəisinin köməkçisi vəzifəsində işləyib. 2013-2017-ci illərdə Təhsil Nazirliyində nazir köməkçisi, şöbə müdiri, aparat rəhbəri vəzifələrində çalışıb. 2017-ci ilin dekabrından 2020-ci ilin mayınadək Vergilər nazirinin müşaviri olub.