Evini tərk edən 18 koronavirus xəstəsi saxlanıldı
    • 11-02-2022, 09:50
    • 273

Evini tərk edən 18 koronavirus xəstəsi saxlanıldı

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb .
 
DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, fevralın 10-da polis əməkdaşları tərəfindən respublika ərazisində 18 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1  nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.