Pantomima Teatrı Xocalı faciəsinin ildönümü ilə bağlı tamaşa hazırlayır -VİDEO
    • 12-02-2022, 15:27
    • 1 040

Pantomima Teatrı Xocalı faciəsinin ildönümü ilə bağlı tamaşa hazırlayır -VİDEO

Azərbaycan Pantomima Teatrı Xocalı faciəsinin növbəti ildönümü ilə bağlı yeni tamaşa hazırlayır.

Bu haqda News24.az-a teatrın bədii rəhbəri, Xalq artisti Bəxtiyar Xanızadə məlumat verib. 

Bildirib ki, əsər öncə Bakıda, daha sonra Polşada təqdim olunacaq: “Xocalı faciəmizlə bağlı bir tamaşa hazırlayırıq. Bu tamaşa yaxınlarda Polşada göstəriləcək. Eyni zamanda onu öz binamızda da oynayacağıq. Tamaşa “Bu olub” adı ilə təqdim olunacaq. Əsərdə Xocalı faciəsi əks olunub”.