Ermənistan-Gürcüstan sərhədində yenidən ZƏLZƏLƏ OLDU
    • 14-02-2022, 19:41
    • 580

Ermənistan-Gürcüstan sərhədində yenidən ZƏLZƏLƏ OLDU

Ermənistanın şimalında Gürcüstanla sərhəddə yenidən zəlzələ olub.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, erməni mediasına istinadən xəbər ki, saat 18:13 radələrində Şirak rayonunun Bavra kəndindən şərqdə 3,2 bal gücündə zəlzələ baş verib.

Gürcüstan mediasının məlumatına görə isə 3,9 bal gücündə zəlzələ Tbilisidən təxminən 60 kilometr aralıda, Sameba kəndindən (Kvemo Kartli bölgəsi) 10 kilometr aralıda qeydə alınıb.

Xatırladaq ki, dünən Gürcüstanın Sameba kəndi yaxınlığında 6,2 bal gücündə zəlzələ olub.