-
- 15-02-2022, 11:30
- 388
Ukrayna azərbaycanlıları İlham Əliyevə müraciət etdi
Ukraynadakı 40-dan çox diaspor təşkilatını özündə birləşdirən Ukrayna Azərbaycanlıları Radasının üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən News24.az-a verilən məlumata görə, 200-ə yaxın diaspor rəhbəri və fəalının imzaladığı müracətdə Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının, o cümlədən diasporumuzun göstərdiyi əzm, iradə, sarsılmaz birlik və həmrəylik alqışlanıb.
Qeyd olunub ki, 44 günlük müqəddəs savaşda xaricdə, o cümlədən Ukraynada yaşayan soydaşlarımız, həmçinin Azərbaycandan köçmüş digər xalqların nümayəndələri Ali Baş Komandanın yanında oldu. Ukrayna dövlətinin də Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini sonadək dəstəklədiyini vurğulayan müracət müəllifləri bildirib ki, yüksələn xətlə inkişaf edən dövlətlərarası münasibətlər diasporumuzun səmərəli fəaliyyəti üçün zəmin yaradır. Ukrayna dövləti və yerli ictimaiyyət Azərbaycan icmasının fəaliyyətini, soydaşlarımızın Ukrayna cəmiyyətinə töhfələrini hər zaman yüksək qiymətləndirir, ölkəmizin təbliği işində yaxından iştirak edirlər.
Müraciətdə Qarabağ zəfəri ilə xaricdəki soydaşlarımıza yaşatdığı qürur hissinə görə Ali Baş Komandana minnətdarlığını bildirən Ukrayna Azərbaycanlıları Radası dünya azərbaycanlılarını Azərbaycan dövlətinin və onun liderinin ətrafında birləşməyə, ölkənin çiçəklənməsi naminə yürütdüyü siyasəti dəstəkləməyə çağırıb.
Müraciət Ukrayna Azərbaycanlıları Radasının II Qurultayında qəbul olunub.