Polislər yük avtomobillərini yoldan belə kənarlaşdırdı - VİDEO
    • 17-02-2022, 11:23
    • 366

Polislər yük avtomobillərini yoldan belə kənarlaşdırdı - VİDEO

Bakıda səhər saatlarında yük maşınlarının sürücüləri tərəfindən bağlanan Heydər Əliyev prospektində hərəkət təmin edilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli News24.az-a bildirib ki, qurum tərəfindən aparılan müvafiq tədbirlər nəticəsində yollar açılıb.

Qeyd edək ki, hərəkətin tənzimlənməsi istiqamətində işlər artıq yekunlaşdırılıb.

A. Əsgərli onu da deyib ki, Heydər Əliyev prospekti açılsa da, yollarda sıxlıq davam edir: "Ona görə də vətəndaşlardan səbrli olmaları xahiş olunur".