Bakıda ağır yol qəzası baş verib, xəsarət alan var - VİDEO/FOTO - YENİLƏNİB
    • 13-12-2021, 17:18
    • 2 087

Bakıda ağır yol qəzası baş verib, xəsarət alan var - VİDEO/FOTO - YENİLƏNİB

Bakıda ağır yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə Səbail rayonunda, Dağüstü park yolunda qeydə alınıb.

BMW markalı avtomobillər toqquşub. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə ərazi üzrə rayon polis idarəsinin əməkdaşları cəlb olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli APA-ya faktı təsdiqləyib və bildirib ki, qeyd olunan yolda hərəkətin təmin olunması üçün lazımı tədbirlər görülüb.

Faktla bağlı araşdırma aparılır.  /apa.az/