-
- 17-02-2022, 14:12
- 680
Suya oturumu 4,5 metrədək olan gəmilər Volqa-Xəzər dəniz gəmiçiliyi kanalından rahat keçəcək
Volqa-Xəzər dəniz gəmiçiliyi kanalı yenidən qurulacaq.
News24.az “Seanews.az”-a istinadən xəbər verir ki, layihəqabağı işlərin cari ildə, layihələndirmənin 2023-2024-cü illərdə, tikinti işlərinin 2024-2028-ci illərdə görülməsi planlaşdırılır.
2022-ci ildə kanalda 7,1 milyon kubmetr həcmində dibdərinləşdirmə işləri görüləcək. Layihə çərçivəsində dibdərinləşdirmə işlərinin həcmi isə 15 milyon kubmetr təşkil edəcək.
Kanalın yenidən qurulması ilə bağlı bütün işlərin 2028-ci ildə başa çatdırılması nəzərdə tutulur. Bundan sonra suya oturumu 4,5 metrə qədər olan gəmilər kanaldan rahat keçə biləcək.