Peyvənd olunanların sayı açıqlandı
    • 17-02-2022, 18:39
    • 374

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 51 641 vaksin vurulub.

News24.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 244, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 190, buster doza üzrə vaksinasiya olunanların sayı isə 43 231, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 976 nəfərdir.