Konfrans Liqasının final matçının stadionu dəyişdirilə bilər
    • 11-05-2024, 21:40
    • 302

Konfrans Liqasının final matçının stadionu dəyişdirilə bilər

UEFA Konfrans Liqasında final qarşılaşmasının keçiriləcəyi stadion dəyişdirilə bilər.
News24.az Apasport.az-a istinadən xəbər verir ki, Yunanıstanın paytaxtı Afinadakı "Ayasofya" arenasında keçiriməsi planlaşdırılan final görüşünün təhlükəsizlik tədbirləri səbəbindən Macarıstanda oynanılması ehtimalı var.

Yerli hüquq-mühafizə orqanları ölkədə qeyri-sabit siyasi vəziyyətə görə azarkeşlərin təhlükəsizliyinə təminat verə bilmir. Bu səbəbdən matç Budapeştəki "Puşkaş Arena"da baş tuta bilər.

Qeyd edək ki, Konfrans Liqasının finalında "Olimpiakos" və "Fiorentina" kollektivləri üz-üzə gələcək. Matç mayın 29-u saat 23:00-da başlayacaq.