Minatəmizləmə Agentliyi sığortaçı seçir
    • 21-02-2022, 11:49
    • 319

Minatəmizləmə Agentliyi sığortaçı seçir

Minatəmizləmə Agentliyi işçilərinin tibbi və fərdi qəza sığortası üçün təkliflər sorğusu elan edib.

News24.az xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini martın 4-ü, saat 18:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 260 ünvanına təqdim edə bilərlər.

Xatırladaq ki, ANAMA ölkə prezidentinin 15 yanvar 2021-ci il tarixli fərmanı əsasında Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin bazasında yaradılıb, publik hüquqi şəxsdir.