140-dan çox şəxs saxlanıldı - DİN məlumat yaydı
    • 23-02-2022, 09:47
    • 297

140-dan çox şəxs saxlanıldı - DİN məlumat yaydı

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 86 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunmuşdur.    

Axtarışda olduğuna görə ümumilikdə 61 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 46, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb.