Bakıda kişidən ögey bacısına qarşı ŞOK CİNAYƏT – 250 MİN MANATI...
    • 24-02-2022, 11:30
    • 817

Bakıda kişidən ögey bacısına qarşı ŞOK CİNAYƏT – 250 MİN MANATI...

Bakıda oğurluqda təqsirləndirilən Mahir Əlizadəyə hökm oxunub və o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

News24.az-ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib və barəsində həbs qətimkan tədbiri seçilib. M.Əlizadə məhkəmə iclas zalında həbsə olunub.

İttiham aktına əsasən, oğurluq hadisəsi 2021-ci il iyunun 19-da paytaxt ərazisində qeydə alınıb.

Belə ki, M.Əlizadənin ögey bacısı Lyudmila Əlizadə Nərimanov rayonu, Təbriz küçəsi, 15-ci məhəllə, 115 nömrəli evin 4 saylı mənzilindən Rusiyanın Moskva şəhərinə getmək məqsədilə hava limanına yola düşüb. Təqsirləndirilən şəxs isə zərərçəkmiş və qeyrilərinə məxsus çantaları idarə etdiyi avtomobilə daşımaqda kömək etmək adı ilə götürüb. O, həmin çantalar arasında olan kiçik əl çantasından L.Əlizadəyə məxsus 252 012 manat pulu oğurlayıb.

Daha sonra L.Əlizadə hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Bildirilib ki, hadisədən əvvəl Mahirin atası Nərimanov rayonundakı evini satıb və manatla əldə etdiyi 260 min manatı 125 min avroya çevirib. Lyudmila Əlizadə evin satışından əldə edilmiş pulla birgə Rusiyaya qayıtmaq istəyərkən ögey qardaşı çantaları maşına yükləyərkən pulu oğurlayıb. Bundan sonra Lyudmila atasına zəng edərək pulun yoxa çıxdığını bildirib və onların təyyarə biletləri ləğv olunub.

İstintaq tərəfindən M.Əlizadənin barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.