-
- 24-02-2022, 14:04
- 1 227
"Ukrayna SİYASƏTSİZLİYİN qurbanı oldu" – Politoloq DETALLARI AÇDI
“Rusiya həm gücünü göstərdi, həm də ABŞ və Avropanı siyasi sınaqdan keçirdi. Rusiya Avropa İttifaqı kimi bir qurum yaratmaq istəyir və prosesə artıq başlayıb. Biz isə bu oyundan kənarda qala bilməyəcəyik”.
Bunu News24.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Ekspert Ukrayna-Rusiya müharibəsinə zəmin yaradan səbəblərdən söz açıb: “Təəssüf ki, proqnozlar özünü doğrultdu. Rusiyanın problemləri çox idi. Həmçinin özünü yeni güc mərkəzi kimi təqdim edirdi. Rusiya Avropa İttifaqı və ABŞ-ın dişsiz siyasət yürütdüyünə əmin olmaq istədi. Əvvəlcə qeyri-qanuni də olsa, DXR və LXR-i tanıdı. Eyni gündə Azərbaycanla bəyannamə imzaladı.
Daha öncə isə Türkiyə ilə münasibətləri yaxşılaşdırmışdı. Bunu ona görə etdi ki, Türkiyədən hər hansı bir hücum olmasın. Birinci iş kimi Qafqazdan təhlükəsizliyini təmin etdi. Cənubdan gözlənilən bütün təhlükələri qaldırdı. Putin hər şeyi ölçüb-biçib. Azərbaycan da Rusiyanın imperiya maraqlarında idi. Ancaq Türkiyə təhlükəsini göz önünə alaraq Azərbaycanın da maraqlarını təmin etdi. Qarabağ müharibəsinə səssiz reaksiya verdi. Azərbaycan və Türkiyə də bundan çox ustalıqla yararlandı. Qazaxıstanda baş verənlər də təsadüf deyildi. Orta Asiyadan da arxasını tamamilə bağladı. Rusiyanın hazırda Çinlə elə ciddi bir problemi yoxdur. Daha sonra Belarusla ittifaq dövləti yaratdı. Skandinaviyadan hər hansı hücum gözlənilmirdi. Yeganə təhlükə Ukrayna idi. Rusiya bu təhlükəni sovuşdurmaq üçün Krımla quru yolu ilə birləşməli idi”.
Politoloq qeyd edib ki, Ukrayna uğursuz siyasətə düçar oldu: “Əvvəlcə Mariupolu işğal etdilər. Bunu əvvəl də demişdim ki, Rusiya Azov dənizini daxili dəniz edəcək. Ukrayna siyasətsizliyin qurbanı oldu. Orada dərin dövlət yoxdur. Avropa öz maraqlarını təmin etmək üçün onları qızışdırdı. Rusiya oliqarxlarının Avropa və ABŞ-da təxminən 3 trilyon dollara yaxın daşınmaz əmlakı var. ABŞ və Avropada iqtisadi geriləmə olduğu üçün bu yoldan istifadə etdilər. İndi onlar sanksiya tətbiq edəcək və həmin oliqarxların pulları dondurulacaq. Avropa və ABŞ həm iqtisadi problemlərini həll etdilər, həm Rusiyaya loyal münasibətlərini göstərdilər, həm də bu siyasi oyunu qazandılar. Görünən vəziyyəti arzu olunan vəziyyətə gətirmək siyasətdir. Buna siyasətin idarə edilməsi deyilir. Bu idarəetməni Rusiya çox ustalıqla həyata keçirdi. Rusiya siyasi müstəvidə bir güllə ilə bir neçə dovşan vurdu”.
C.Nuriyev əlavə edib ki, Ukraynanın aldığı zərbələri hansısa formada yaxın 30-40 ildə bərpa etməsi çox böyük sual altındadır. Ukrayna bir dövlət kimi çökəcək. Artıq müstəqilliyini itirdi. Biz 30 il ərzində bunu yaşamışıq. Qarabağ müharibəsindən il yarım keçib. Sürətli işlər görülməsinə baxmayaraq, infrastrukturu bərpa etmək zaman alır. Ukraynanın əhalisi və ərazisi bizdən qat-qat çoxdur. Bizimlə müqayisədə Ukrayna daha böyük zərər görəcək. Onlar bu yükün altından qalxa bilməyəcək. Çünki Ukraynanın gəlirinin təkcə 20 faizini Donbas verirdi və resursu yoxdur. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı Ukraynanı borcla yüklədi.
Onların məqsədi Ukraynanın bar verən torpaqlarını ələ keçirmək idi. Onu da ələ keçirdilər. Ukraynanın əsas taxılçılıq torpaqları əlindən çıxdı. Müharibənin 1 həftəyə yekunlaşacağını gözləyirəm. Rusiyaya Dneprə qədər çıxmaq lazımdır. Dnepr çayını Rusiyanın qərb sərhədi kimi qəbul etmək istəyirlər”.
O, Rusiyanın bu tempdə davam edə bilməyəcəyini deyib: “Rusiya hələ ki, bir neçə il ayaqda qala biləcək, ancaq bir müddət sonra onlar da çökəcək. İndidən bunu proqnozlaşdırmaq olar. Çünki ərazilər ələ keçirdikcə, xərcləri də böyüyür. Rusiyaya olan nifrət də artacaq. Orada terror aktları gözləyirəm. Sanksiyalar çoxalacaq. Rusiya çıxışını Azərbaycan və Türkiyə üzərindən edəcək. Bu, bizim üçün sərfəlidir. Hər bir dövlətin öz marağı və prinsipləri var. Vinston Çörçil deyir ki, “bizim daimi dostlarımız yoxdur, daimi maraqlarımız var”. Azərbaycan bu 30 ildə anladı ki, Türkiyə və Pakistan yanında oldu.
Rusiya da anlayır ki, Azərbaycanın yanında güclü dövlətlər var. Ona görə də bizə tərəf meyl etdi. Rusiya Ukraynanı tarixdən silməyə çalışacaq. Yarımcanlı Ukrayna heç kimə lazım deyil. Putin daxili problemləri qabartmaq istəyirdi. Qarşıdan SSRİ-nin yaradılmasının 100 illiyi gəlir. Beləliklə, Rusiya həm gücünü göstərdi, həm də ABŞ və Avropanı siyasi sınaqdan keçirdi. Rusiya Avropa İttifaqı kimi bir qurum yaratmaq istəyir və prosesə artıq başlayıb. Biz isə bu oyundan kənarda qala bilməyəcəyik”.