Rusiya qoşunları Xarkova girdi
    • 27-02-2022, 10:40
    • 1 854

Rusiya qoşunları Xarkova girdi

“Rusiya qoşunları Xarkova daxil olub, hazırda rus hərbçilərlə döyüşlər davam edir”.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Teleqram kanalında Ukrayna Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

“Düşmənin yüngül texnikası şəhərin mərkəzinə sıçrayıb. Diqqət! Sığınacaq yerlərini tərk etməyin! Ukrayna Silahlı Qüvvələri düşməni məhv edir. Mülki əhalidən xahiş edirik ki, küçəyə çıxmasınlar”, - Sinequbov yazıb. 

Şəhər meri İqor Terexov də əhaliyə evdən çıxmamağı tapşırıb:

“Xahiş edirəm, evdə qalın. Şəhərdə vəziyyət çox gərgindir”.