Həftəsonu yol qəzalarında 2 nəfər ölüb
    • 28-02-2022, 09:51
    • 354

Həftəsonu yol qəzalarında 2 nəfər ölüb

2022-ci il fevral ayının 26-da və 27-də respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 127 cinayətin üstü “isti izlər”lə açılıb. 
   
DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.
   
Axtarışda olduğuna görə ümumilikdə 52 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 73, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 110 nəfər saxlanılıb.