Goranboyda idarə işçisi təmir zamanı öldü
    • 28-02-2022, 09:56
    • 429

Goranboyda idarə işçisi təmir zamanı öldü

Fevralın 22-də rayonun Rəhimli kəndində Maqsud Musayevin iş görərkən xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy Rayon Prokurorluğundan News24.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, rayonun Goranboy Suvarma Sistemləri İdarəsinin çilingəri vəzifəsində işləyən Maqsud Musayev rayonun Rəhimli kəndində  su artezian quyusunda təmir işləri aparılarkən başına metal boru düşməsi nəticəsində xəsarət almış və aldığı xəsarətlərdən fevralın 26-da müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir