Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıldı
    • 28-02-2022, 10:51
    • 464

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıldı

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 7-də Gəncə şəhər sakinləri Sadiq Məmmədovun idarə etdiyi “VAZ-21043” və Sənan Məhərrəmovun idarə etdiyi “VAZ-2121” markalı avtomobillər Şəmkir rayonu ərazisində yerləşən daimi postda saxlanılıb.

News24.az
xəbər verir ki, polis əməkdaşları tərəfindən sürüclərin narkotik vasitə qəbul etmələri müəyyən edilmiş və barələrində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokollar tərtib olunmuşdur.

Fevralın 24-də və 25-də Şəmkir rayon Məhkəməsinin qərarları ilə S.Məmmədov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilmiş, S.Məhərrəmov isə 400 manat məbləğdə cərimə edilmişdir.

Bu istiqamətdə tədbirlər davam etdirilir.