“Soliton”un işçilərindən qaziyə qarşı ŞOK HƏRƏKƏT - Yerə yıxıb vəhşicəsinə döydülər
    • 28-02-2022, 11:40
    • 1 222

“Soliton”un işçilərindən qaziyə qarşı ŞOK HƏRƏKƏT - Yerə yıxıb vəhşicəsinə döydülər

Bakıda “Soliton LTD” MMC-nin xuliqanlıqda və qəsdən xəsarət yetirməkdə təqsirləndirilən 2 işçisi məhkəmə qarşısına çıxarılıb.

News24.az
-ın məlumatına görə, Nərimanov rayon Məhkəməsində şirkətin işçisi 31 yaşlı Qəhrəman Əliyev və 35 yaşlı Nəcəf Xəlilov barəsində Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.2.1-ci ( Xuliqanlıq -  bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə açılmış iş üzrə keçirilən prosesdə maraqlı faktlar üzə çıxıb.

Bəlli olub ki, ötən ilin 28 iyul tarixində Nəcəflə Qəhrəman “Soliton”un Əhmədlidəki anbarından mal götürüb sifariş üzrə ünvana apararkən Nizami rayonu Mikayıl Əliyev küçəsində - “Neolit” şadlıq evinin qarşısında yol vermk üstündə “Mercees 190” markalı avomobillə anlaşılmazlıq olub. Həmin vaxt “Mercedes”in sürücüsü “Mitsubishi” markalı yük maşını ilə hərəkət edən şirkət işçilərinin onu sıxdığını işarə edərək siqnal verib. Lakin “Soliton” əməkdaşları yollarına davam ediblər. Bundan sonra “Mercedes”i idarə edən İsa adlı şəxs onları təqib etməyə başlayıb və Ziya Bünyadov prospektində - Santral Elektrik-in qarşısında yük maşınının qarşısını kəsib. Dava-dalaş da bu zaman baş verib.

Təqsirləndirilən şəxslər bildiriblər ki, onlar maşından düşəndə İsa da avtomobildən einib və bu zaman onun bir ayağının olmadığını, çəliklə hərəkət etdiyini görüblər. İsa çəliklə yaxınlaşaraq onları vurub və çəliklə avtomobilə zərbələr endirib.

Məhkəmədə zərərçəkmiş şəxs kimi tanınan İsa Məmmədov isə İkinci Qarabağ Müharibəsi veteraı olduğunu deyib. O, bildirib ki, yolda “Mitsubishi” onun sürdüyü maşını sıxaraq qəza şəraiti yaradıb və daha sonra həmin maşının arxasıyca sürüb. Ziya Bünyadov prospektində həmin maşını saxlatdıqdan sonra Qəhrəman onu vuraraq yerə yıxıb, həmçinin hər iki şəxs onu döyüblər.  Ekspertiza İsanın bədənində sınıqların və sıyrıqların olmasına rəy verib.

Məhkəmədə zərərçəkən şəxs artıq qarşı tərəflə barışdığını bildirib.

Nərimanov rayon Məhkəməsi təqsirləndirilən şəxslərin həbs edilməməsinə, onlara azadlığın məhdudlaşdırılması cəzasının verilməsinə və üzərlərinə elektron nəzarət cihazının tətbiq edilməsinə hökm edib.