-
- 1-03-2022, 10:41
- 639
Şəhid ailələri və müharibə əlilləri üçün 500-ə yaxın evin tikintisi yekunlaşır
Azərbaycanın 41 şəhər və rayonunda şəhid ailələri və müharibə əlilləri üçün 500-ə yaxın fərdi evin tikintisi artıq yekunlaşmaq üzrədir.
News24.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya iclasında qeyd edilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri, kollegiyanın sədri Sahil Babayev bildirib ki, evlər yaxın vaxtlarda istifadəyə veriləcək.
Nazir 2021-ci ildə imtiyazlı kateqoriyalardan olan vətəndaşlara təqdim edilən mənzillərin sayının 3 il əvvələ nisbətən 5 dəfə artaraq 3 minə çatdığını, cari ildə də bu istiqamətdə işlərin davam etdirildiyini deyib: "İndiyədək həmin vətəndaşlara 12 300-dən çox mənzil və fərdi ev verilib. 2022-ci ilin növbəti islahat paketi olaraq 3,4 milyon şəxsi əhatə edən əməkhaqqı, pensiya və digər sosial ödənişlərdə ciddi artımlarla başladığını, bu artımlara illik əsasda əlavə 2,1 mlrd. manat sərf olunacağını diqqətə çatdırıb.
Qeyd edilib ki, ötən dövrdə yaradılan, Bakı şəhəri və Abşeron rayonu üzrə ümumilikdə 2,1 mln. əhalini, o cümlədən sosial müdafiəyə cəlb olunmuş 450 min şəxsi əhatə edən 5 DOST mərkəzi tərəfindən 700 mindən çox vətəndaşa xidmət göstərilib. Bu il Bakı şəhəri üzrə 5 saylı Bakı DOST Mərkəzinin və DOST Agentliyinin ilk regional mərkəzi kimi Bərdə rayonunda DOST mərkəzinin açılması planlaşdırılır.
Agentliyin “Şərqi Zəngəzur və Qarabağ” Proqramı çərçivəsində Şuşa şəhərində xüsusi statusa malik Şuşa DOST filialı da açılacaq. İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində isə “Ağıllı kənd” layihəsi çərçivəsində bu il “Smart DOST” xidmət məntəqəsi də fəaliyyətə başlayacaq.
Ümumən DOST şəbəkəsinin bölgələr üzrə genişlənməsi üçün bu il və növbəti illərdə müvafiq addımlar atılacaq. “Könüllü DOST” proqramının nailiyyətlərindən bəhs olunub və proqramın rəsmi saytının da hazırlanmaqda olduğu diqqətə çatdırılıb.
Əlilliyin müəyyən edilməsində yeni meyarların tətbiqinə hazırlıq işləri aparıldığı, əməkdaşların bu sahədə peşəkar səviyyədə hazırlığı üçün təlimlərə cəlb olunduqları və s. qeyd edilib. Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən səyyar reabilitasiya və icma əsaslı reabilitasiya xidmətlərinə də başlanmasının nəzərdə tutulduğu, fərdi reabilitasiya proqramının tətbiqi işləri diqqətə çatdırılıb.
Bu il Şəmkir rayonunda Uşaq Bərpa Mərkəzinin tikintisinin başa çatdırılacağı və istifadəyə veriləcəyi, 2 saylı Psixonevroloji sosial xidmət müəssisəsinin də əsaslı təmir və yenidənqurmadan sonra, həmçinin müəssisənin tikilən yeni korpusunun bu il açılışının nəzərdə tutulduğu bildirilib.
Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin filialları əsasında 12 Regional Sosial Xidmət Mərkəzi və onların tabeliyində ixtisaslaşmış sosial xidmət mərkəzlərinin yaradılacağı barədə məlumat verilib. Sosial təminat və sosial xidmət proqramların əhatə dairəsinin genişləndirilməsinin, uşaqların müəssisələrdən ailələrə qovuşmalarını nəzərdə tutan re-inteqrasiya tədbirlərinin gücləndirilməsinin əsas hədəflərdən olduğu, “Sosial Məsuliyyət Platformasının” hazırlanması işlərinin aparıldığı bildirilib.
Sosial sahədə rəqəmsal innovasiyaların tətbiqinin genişləndirilməsi işlərindən bəhs olunub. Nazirlik üzrə 110 e-xidmətin, o cümlədən 46 proaktiv xidmətin fəaliyyət göstərdiyi, Nazirliyin Elektron hökümət portalına yerləşdirilmiş xidmətlərinə bu ilin yanvar-fevral aylarında 2 635 400, e-sosial.az portalına 2 766 553 müraciət qeydə alındığı diqqətə çatdırılıb.
Nazirlik üzrə 30 növ e-arayış xidmətinin olduğu və həmin xidmətlər vasitəsilə bu ilin əvvəlindən artıq 108,8 min arayışın e-qaydada verildiyi bildirilib.
Qeyd edilib ki, Nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən bu ilin əvvəlindən Nazirliyin informasiya bazalarına sorğu sayı 35 milyon olub.
Yeni hazırlanmaqda olan e-sistemlər barədə də məlumat verilib.
İclasda 2022-ci il üzrə qarşıda duran sosial hədəflərə doğru mühüm işlərin aparıldığı vurğulanıb. Nazirliyin tabeliyindəki DOST Agentliyinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin, Sosial Xidmətlər Agentliyinin, Əlillik siyasəti, Sosial təminat siyasəti, Strateji planlaşdırma və innovasiyalar şöbəsinin, Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbələrinin, Nazirliyin nəzdində Tikilməkdə olan Obyektlərin Müdiriyyətinin, DOST Agentliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin 2021-ci il üzrə fəaliyyətinin nəticələri və 2022-ci ildə qarşıda duran vəzifələri müzakirə olunub.
Həmçinin Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi tərəfindən həssas əhali qruplarından olan şəxslərə (ailələrə) maddi yardımın göstərilməsinə dair Təlimatın, yeni peşə və kvalifikasiya standartlarının təsdiq edilməsi məsələlərinin müzakirəsi aparılıb.