-
- 1-03-2022, 11:43
- 1 054
Bakıda narkotik istifadə edən gənc qızların ŞOK ƏMƏLLƏRİ - TƏFƏRRÜAT
Bakıda evə basqın etməkdə təqsirləndirilən iki nəfərin – 1998-ci il təvəllüdlü Səma Əsədova və 2000-ci ildə anadan olmuş Dilək İbrahimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, hər iki qadın 5 il müddətinə azadlıqdan məhrum edilib.
Araşdırmalar zamanı məlum olub ki, hər iki qadın narkotik vasitə aludəçisidir və narkotik almağa pul əldə etmək üçün Maştağa qəsəbəsindəki bağ evinə basqın ediblər.
Belə ki, hadisə 2021-ci ilin mayında Sabunçu rayon Maştağa qəsəbəsində qeydə alınıb. Gecə saat 04 radələrində Gəncə şəhər sakini Səma Əsədova və paytaxt sakini Dilək İbrahimova Maştağada yaşayan vətəndaşın evinə hasardan tullanaraq daxil olublar. Onlar ev sahibi V.V-nin yatdığını görüblər. Maska taxan Səma Diləyi yuxuda olan kişinin başının üstündə qoyub və ona ling verərək otaqları axtarmağa başlayıb. Bu zaman ev sahibi yuxudan oyanıb. Dilək əlindəki dəmirlə kişiyə zərbələr vursa da, ev sahibi onu zərərsizləşdirib. Daha sonra Səma oraya gəlib və bıçaqla kişiyə zərbələr vurmağa çalışıb. Mənzil sahibinin onu da tutacağını görən gənc qız yuncaq tapança çıxararaq V.V-nin onları buraxmayacağı halda atəş açacağını deyib. Bunu görən ev sahibi onları buraxıb. Qızlar evdən ələ keçirdikləri qızıl uşaq sırğasını, poverbankı və avtomobilin açarını götürərək qaçıblar.
Hadisə ilə bağlı dərhal Sabunçu Rayon Polis İdarəsi və 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Səma Əsədova və paytaxt sakini Dilək İbrahimova saxlanılıb.
Hər iki şəxs törətdikləri hadisəni etiraf edib.
Məhkəmədə qızlar hadisəni narkotik almaq üçün pul əldə etmək məqsədilə törətdiklərini bildiriblər.