"Rusiyanı beynəlxalq tribunal gözləyir" - Zelenski
Dünya
"Rusiya idman turnirlərini və dünya mədəniyyətini unuda bilər, onu yalnız Beynəlxalq Tribunal gözləyir".
News24.az UNİAN-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski Prezident Aparatının "Telegram" kanalında yerləşdirdiyi videomüraciətində bildirib.
"Rusiya üçün nəticə nədir? Artıq bu dövlətin bayrağı idman turnirlərində görünməyəcək. Müasir dünya mədəniyyəti indi onların üzünə qapalı olacaq. Rusiya malları bütün dünyada mağaza rəflərindən yığışdırılır. Rusiya banklarının qlobal sistemlə əlaqəsi kəsilib. Rusiya vətəndaşları əmanətlərini, istənilən perspektivlərini itirirlər”, - deyə Zelenski bildirib.
Bundan əlavə, o vurğulayıb ki, rus anaları övladlarını onlara tamamilə yad olan ölkədə itirirlər: "Bu rəqəm haqda düşünün. Təxminən altı min rusiyalı altı günlük müharibə üçün. ölüb. Bu rəqəm düşmənin ötən gecəki itkilərini sayılmadan hesablanıb. Altı min. Nə almaq üçün? Ukraynanı əldə etmək üçün? Bu mümkün deyil. Bunu raketlərlə, bombalarla, tanklarla, heç bir zərbə ilə dəyişmək olmaz. Biz öz doğma torpağımızdayıq. Bizə qarşı müharibəyə görə onlar üçün beynəlxalq tribunal olacaq”.