-
- 4-12-2018, 14:32
- 1 887
Nərgiz Cəlilova 25 ildən sonra aldığı, lakin qəbul etmədiyi evlilik təklifindən danışdı - VİDEO
Əməkdar artist, tanınmış teleaparıcı Nərgiz Cəlilova şəxsi həyatı ilə bağlı maraqlı açıqlama edib.
News24.az xəbər verir ki, N.Cəlilova illər öncə yaşadığı sevgisindən danışıb:
“Universitetin birinci kursunda oxuyarkən tələbə yoldaşımla isti münasibətlərimiz yaranmışdı. Yaşımıza uyğun olaraq çox yaxşı, çox saf və çox təmiz münasibətlərimiz vardı. Dostluq münasibətlərimiz sevgiyə çevrildi. Qərar verdik ki, dördüncü kursda nişanlanaq, univeristeti bitirəndən sonra isə evlənək. Onu bir gün tələbə düşərgəsinə göndərdilər. Oradan qayıdanda onda dəyişiklik gördüm, artıq o münasibətləri davam etdirə bilmədik və ayrıldıq. Acılı ayrılıq yaşadım, amma o zaman bu, tələb olunurdu.
Televiziyada çalışmağa başladığım illərdə bir gün mənə zəng gəldi. Bu zəng həmin tələbə yoldaşımdan idi. Etiraf edirəm ki, ayrıldığımız illər ərzində səbirsizliklə onun zəngini gözləyirdim. Zəngində bildirdi ki, mənimlə görüşmək istəyir. Görüşdük və mənə evlilik təklifi etdi. Əvvəlcə razılaşdım, adət-ənənələrə uyğun olaraq elçi gəldilər. Bir neçə gün keçdikdən sonra hiss etdim ki, daha əvvəlki duyğuları yaşaya bilmirəm. Bunu ona izah etdim, biz razılaşdıq və ayrıldıq. Daha sonra o, ailə qurdu və Amerikaya köçdü.
25 il sonra həmin insandan mənə yenidən zəng gəldi. Onda mən də, o da həyat yoldaşlarımızdan ayrılmışdıq. İkimiz də subay idik. 25 ildən sonra o, yenə də evlilik təklif etdi. Təbii ki, qəbul etmədim. Çünki axar suya ikinci dəfə girmək olmaz. Bu, mənim xasiyyətimdir. Bir neçə il keçdikdən sonra o, ikinci dəfə evləndi, mən isə hələ də təkəm. Hərdən fikirləşirəm ki, ilk məhəbbətim məni rahat buraxmadı”.