Xaçmazda iti asaraq öldürən şəxs məsuliyyətə cəlb olundu - FOTO
    • 4-03-2022, 09:29
    • 416

Xaçmazda iti asaraq öldürən şəxs məsuliyyətə cəlb olundu - FOTO

Xaçmazda iti asaraq öldürən şəxs məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılmış itin amansızlıqla asılaraq öldürülməsi görüntüləri ilə bağlı bildirirəm ki, həmin hadisə fevral ayının 19-da Xaçmaz rayonunda baş verib. Hadisəni törədən şəxs Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal müəyyən edilib.

Həmin şəxsin rayonun  Gödəkli kənd sakini 86 yaşlı Balasoltan Daşdəmirov olduğu müəyyən edilib. Həmin gün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsi) müvafiq tədbir görülüb.