Bakıda həkimin çantasından oğurluq edən şəxs saxlanıldı
    • 4-03-2022, 10:31
    • 620

Bakıda həkimin çantasından oğurluq edən şəxs saxlanıldı

Bakıda həkimin çantasından oğurluq edən şəxs saxlanılıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə rayon ərazisində yerləşən hospitalların birində orada işləyən qadının çantasından kosmetik əşyalarının və bank kartının oğurlanması, həmçinin kartından 1316 manat pulunun çıxarılaraq mənimsənilməsi barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göyçay şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş E.Fərzəliyev müəyyən edilərək saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində yerləşən digər bir hospitalda həkimlərdən birinin içərisində pulu, mobil telefonu və pulqabısı olan çantasını dolabdan oğurlaması da müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.