-
- 4-03-2022, 15:19
- 2 519
“Qısa müddətdə Rusiyada İQTİSADİ FƏLAKƏT dalğası olacaq” – Tofiq Zülfüqarov
“Ukrayna böyük qarşıdurmanın bir hissəsidir. Ukraynadakı hərbi əməliyyatların qısa müddətdə başa çatması mümkün deyil. Rusiya hazırda seçim qarşısındadır. Ya hərbi əməliyyatları daha da dərinləşdirib, böyük şəhərlərə hücum etməlidir, ya da bu təzyiqi davam etdirməlidir. Yəni söhbət Kiyev, Xarkov kimi şəhərləri blokadada saxlayıb, təslim olmağa məcbur etməkdən gedir”.
Bunu News24.az-a açıqlamasında Ukrayna-Rusiya müharibəsini şərh edən sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
Politoloq müharibə senarisində ciddi dəyişiklik gözləmədiyini deyib. O bildirib ki, əsas məsələ böhranın Rusiyaya keçməsidir: “Zənnimcə, həlledici hadisələr Rusiyanın özündə baş verəcək. Qərbin kəskin reaksiyası Rusiya tərəfindən gözlənilmirdi. Bu, böhran hər gün daha da dərinləşir. Rusiyadakı iqtisadi böhran zamanla siyasi müstəviyə keçəcək. Hər iki istiqamət bir-biri ilə sıx bağlıdır. Rusiya ordusunun itkiləri barəsində açıqlanan məlumatlara inansaq, rəqəmlər kifayət qədər böyükdür”.
Rusiya iqtisadiyyatını nələr gözləyir?
Rusiya iqtisadiyyatı üçün dəhşətli bir vəziyyət yaranır. Fikrimcə, qısa bir müddətdə Rusiya xalqınının dərman və qida təminatında ciddi çatışmazlıq müşahidə olunacaq. Rusiya xaricdən gələn dərmandan çox asılıdır. Qida məhsullarının isə 60 faizdən çox hissəsi xaricdən alınır. Bu, özü də böyük bir göstəricidir. Digər problemlər isə xarici kapitalın olduğu layihələrdə özünü büruzə verə bilər. Rusiyada işsizlik dalğası ola bilər. Elə bir sənaye sahəsi yoxdur ki, xarici şirkətlərlə bağlı olmasın. Hesab edirəm ki, Rusiyada bir neçə həftəyə iqtisadi fəlakətlər öz dərinliyini göstərəcək.
Rusiyada iki növ böhranın yaranma ehtimalı var: əhalinin etirazları və elitadaxili etirazlar. Əhalinin etirazlarının baş tutmasına bir neçə ay lazımdır. Amma həm siyasi, həm də iqtisadi elitanın daxilində artıq narazılıq mövcuddur. Biz bunun bəzi məqamlarda şahidi olmuşuq”.
Zelenski tələsdi...
T.Zülfüqarov bildirib ki, Zelenskinin alternativ bir seçimi var idi: “Uzunmüddətli nəticəsiz danışıqlar prosesi. Azərbaycanla Ermənistan arasındakı gərginlik kimi. Bizə təqdim olunan təklifləri heç vaxt qəbul edən deyildik. Çünki bu təkliflərin reallaşması Azərbaycan konstitusiyasının əsaslarını dəyişə bilərdi. Ancaq danışıqlar apardıqca, vaxt qazandıqca, bizə müəyyən addımlar atmağa şərait yarandı. Yəni bu siyasət bizi qorudu.
Həm Almaniya, həm də Fransa təkidlə istəyirdilər ki, Ukrayna Minsk prosesinə qoşulsun. Əgər bu, baş versəydi, vaxt qazanmaq olardı. Ya da bəyan etmək olardı ki, Ukrayna neytral siyasət yürüdür və NATO-nun üzvü olmayacaq.
Bu addım hərbi əməliyyatlara gedən yolu uzada bilərdi. Bilinən o idi ki, Ukrayna ordusu Rusiya ilə müharibəyə hazır deyil. Ukraynanın hərbi hava vəziyyətinin zəif olması, hava hücumundan müdafiə sistemlərinin isə ümumiyyətlə olmaması böyük boşluq idi.
Mövcud reallığa görə seçimlər dəyişir
Özümüzü nümunə götürək. Biz neçə ildir gözləyirdik ki, hüquqlarımız bərpa olunacaq. Həmçinin daha çətin vəziyyətdə idik. Bizim nə Qərbdən, nə də Rusiyadan dəstəyimiz var idi. Ancaq Rusiyanın bizə qarşı olan siyasətini qismən də olsa dəyişə bildik. Ancaq bizim üçün də təhlükə mövcud idi. Fransanın BMT-dəki təşəbbüsünün qarşısı alınmasaydı, öz ərazimizdə işğalçı adlandırıla bilərdik. Necə ki, 1992-ci ildə torpaqlarımız işğal olunduğu halda ABŞ Konqresi 907-ci düzəlişi qəbul edərək bizi ittiham edib ki, guya Ermənistanı blokadaya salmışıq. Ədalətsiz dünya müxtəlif müxtəlif maraqlara görə ədalətsiz siyasət yürüdə bilir”.
Ekspert son olaraq vurğulayıb ki, Zelenski uzunmüddətli danışıqlar prosesinə getsə, daha doğru ola bilərdi: “Sonda Rusiyanın da məğlub olma ehtimalı var. Yaxud da Ukrayna NATO-nun üzvlüyünə seçilə bilər. Amma Ukrayna itirilmiş əraziləri geri qaytara biləcəkmi, bu, sual altındadır. Zelenskinin xalqının yanında olması cəlbedici görünür. Amma siyasətçi hər bir imkanı istifadə etməlidir ki, vətəndaşları hücuma məruz qalmasın”.