Narkotik vasitənin təsiri altında avtomobil idarə etdi
    • 7-03-2022, 11:15
    • 1 782

Narkotik vasitənin təsiri altında avtomobil idarə etdi

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 4-də saat 18 radələrində Salyan rayonunun Yenikənd kəndi ərazisində Cəlilabad rayon sakini Ceyhun İmanov idarə etdiyi “Tofaş” markalı avtomobillə manevr qaydasını pozduğuna və təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə saxlanılıblar. 

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilmişdir. Sürücü və sərnişinləri - qardaşı Ş.İmanov və Bakı şəhər sakini Ə.Axundov Salyan Rayon Polis Şöbəsinə təhvil veriliblər. 

Şəxsi axtarış zamanı C.İmanovdan 10 qramdan artıq metamfetamin və 14 qrama yaxın heroin aşkar edilərək götürülüb. 

Araşdırma aparılır.