-
- 9-03-2022, 13:33
- 971
İlham Əliyev Emma Nikolsonu qəbul etdi - YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolsonu qəbul edib.
News24.az xəbər verir ki, Prezident İlham Əliyev bu il Azərbaycanla Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu məmnunluqla xatırladı, bu münasibətlə Böyük Britaniyanın Baş naziri Boris Conson tərəfindən ona ünvanlanmış səmimi məktubu xüsusilə qeyd etdi və özünün də Böyük Britaniyanın Baş nazirinə diplomatik münasibətlərimizin 30 illiyi münasibətilə səmimi məktub göndərdiyini dedi.
Dövlətimizin başçısı Azərbaycan ilə Böyük Britaniya əlaqələrinin yüksək səviyyədə olduğunu və strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini vurğulayaraq ölkələrimiz arasında qarşılıqlı inam və etimadın olduğunu qeyd etdi.
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanın əsas ticarət tərəfdaşı və iqtisadiyyatımıza ən böyük sərmayə qoyan ölkə olduğunu bildirdi, iqtisadi, ticarət əlaqələrinin genişlənməsini, enerji sahəsində əməkdaşlıq və bu sahədə BP-nin ölkəmizdə uğurlu fəaliyyətini xüsusilə vurğuladı.
Prezident İlham Əliyev Böyük Britaniya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərməsini, xüsusilə şəhərlərin planlaşdırılması, minalardan təmizləmə və digər sahələrdə uğurlu fəaliyyətini qeyd etdi.
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson diplomatik münasibətlərimizin qurulmasının bu il 30 illiyinin qeyd edildiyini məmnunluqla vurğuladı və bu münasibətlə Böyük Britaniya Baş nazirinin dövlətimizin başçısına ünvanlandığı məktuba diqqət çəkdi.
Baronessa Emma Nikolson iqtisadi, ticarət, enerji sahələrində ölkələrimiz arasında əməkdaşlıq və bu xüsusda BP-nin Azərbaycandakı fəaliyyəti və onun genişləndirilməsi, BP ilə ölkəmizin bərpa olunan enerji sahəsində əməkdaşlığının inkişaf etdirilməsi məsələlərinə toxundu.
İşğal dövründə ermənilərin şəhər və kəndlərimizdəki tarixi, mədəni, dini abidələri və tikililəri vəhşicəsinə dağıtdıqlarını, torpaqlarımızda vandallıq əməlləri törətdiklərini deyən Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın daxili imkanlar hesabına həyata keçirdiyi genişmiqyaslı quruculuq prosesi barədə məlumat verdi. Həmin ərazilərdə, ilk növbədə, infrastrukturun yaradılması, yollar, elektrik enerjisi, minalardan təmizləmə istiqamətində intensiv fəaliyyətin aparıldığını bildirdi.
Prezident İlham Əliyev ölkəmizin enerji siyasətində bərpaolunan enerjiyə xüsusi əhəmiyyət verildiyini, artıq bir çox xarici şirkətlərlə bu sahədə əməkdaşlığın qurulduğunu deyərək BP ilə də enerji sahəsindəki ənənəvi əməkdaşlığa əsaslanaraq bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğuladı.
Söhbət zamanı, ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin genişləndirilməsi, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
Görüşdə regional məsələlər və Ukrayna ətrafında cərəyan edən hadisələr müzakirə olundu.
*** 10:55

News24.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.