"Qol vurduqdan sonra ikiqat sevinc yaşadım" - Kevin Medina
    • 9-03-2022, 11:40
    • 644

"Qol vurduqdan sonra ikiqat sevinc yaşadım" - Kevin Medina

"Həqiqətən də gözləyirdim ki, komandam üçün qol vuracağım gün gələcək. Buna görə çox xoşbəxtəm. Çox şirin və unudulmaz an idi. Hər dəfə standart vəziyyətlərdə irəli gedəndə düşüncəmdə qol vurmaq və komandama xeyir vermək olub. Ancaq qol vurmağım alınmırdı".

News24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın müdafiəçisi Kevin Medina klubun saytına açıqlamasında deyib: "Allah “Qarabağ”da ilk qol vurmağımı həmin günə nəsib etdi. Qarşılaşmada qapımıza mənim müdaxiləmdən sonra penalti təyin edilmişdi. Bu səbəbdən komandamız mənə görə qol buraxdı. Daha sonra isə Tanrı mənə qol vurmaq fürsəti yaratdı. Qol vurduqdan sonra ikiqat sevinc yaşadım. Bu mövsüm bir qolla kifayətlənmək istəmirəm. Ən az dörd qol vurmaq fikrindəyəm. Hədəfim budur”. 

Bu gün doğum gününü qeyd edən Medina azarkeşlərə xoş mesajlara görə təşəkkür edib: “Doğum günümlə bağlı azarkeşlərimizdən çoxsaylı xoş mesajlar alıram. Onların hər birinə təşəkkür edirəm. Azarkeşlərimizin dəstəyini hər zaman hiss edirik. Çalışacağıq ki, mövsümün sonunda onları sevindirək. Hazırda çempionatda 1-ci pillədəyik və mövqeyimizi qorumaq üçün sona qədər mübarizə aparacağıq”.

Qeyd edək ki, Kevin Medina Premyer Liqanın 18-ci turunda “Qəbələ” ilə qarşılaşmada (5:1) ilk rəsmi qolunu vurub.