-
- 9-03-2022, 15:27
- 1 787
Geosiyasi reallıqlar, yoxsa Zelenski yorğunluğu? – ŞƏRH
Dünən Ukrayna Prezidenti Volodimir Zelenski ABC-yə müsahibə verib. “Mən NATO-nun Ukraynanı qəbul etməyə hazır olmadığını başa düşdükdən sonra bu məsələdən soyudum”, - deyə Ukrayna rəhbəri bildirib.
Onun müsahibədə NATO ilə bağlı səsləndirdiyi fikir dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Elə bizim cəmiyyətdə də Zelenskini haqlı hesab edənlərlə yanaşı, tənqid edənlər də var.
Bəs, görəsən, ekspertlər necə düşünür?
Politoloq İlqar Vəlizadə News24.az-a açıqlamasında bildirib ki, Ukrayna-Rusiya müharibəsi ilə bağlı eyforiyaya qapılanlar çoxdur: “Siyasi və geosiyasi reallıqlar nəzərə alınmalıdır. Zelenskinin açıqlamasına gəldikdə isə onsuz da bu hadisələrdən qabaq bilinirdi ki, Qərb Ukraynaya dəstək verməyəcək. Gürcüstan hadisələri, Qərbin liderlərinin bəyanatları da buna buna birbaşa işarə idi. Zelenski indi də çağırışlar edir ki, NATO Ukraynanın hava məkanını bağlasın. NATO rəsmiləri və Bayden dəfələrlə açıqlama veriblər ki, Ukrayna hava məkanına müdaxilə olmayacaq. Bu, baş tutduğu təqdirdə üçüncü dünya müharibəsi qaçılmazdır. Bütün bunları müharibədən qabaq da görmək olardı. Ölkə başçısı olan biri bütün bu riskləri görməli və analiz etməli idi. Məhz buna görə də Zelenskinin “bu məsələdən soyudum” ifadəsi ictimaiyyətin mənfi reaksiyasına səbəb olur. Bundan öncə də Ukrayna prezidenti ölkəsinin neytral statusu ilə bağlı ziddiyətli fikirlər səsləndirmişdi.
Biz hər birimiz insanıq, səhvlərimiz ola bilər. Ancaq dövlət başçılarının səhvlərinin nəticələri daha acınacaqlı olur. Rusiyanın addımlarına bəraət qazandırmıram. Lakin Ukrayna prezidenti Rusiyanın gücünə uyğun siyasət qurmalı idi. Bu məqamda Azərbaycanı nümunə çəkmək olar. Biz 30 il ərzində istər diplomatik, istərsə də hərbi müstəvidə müharibəyə hazırlaşırdıq. Zelenskinin indiki məqamda NATO ilə bağlı açıqlaması çox mənasızdır. O, indi öz xalqını ruhlandırmalı, ümid yeri olmalıdır. Ukraynanı Rusiya ilə üz-üzə qoyan təkcə Qərb deyil. Məsuliyyət sonda Zelenskinin boynuna düşür”.
Politoloq Elxan Şahinoğlu isə əks mövqedədir. O, Ukrayna prezidentinin doğru fikir səsləndirdiyini qeyd edib: “Zelenski tamamilə haqlıdır. NATO onu uzun müddət qapısında gözlətdi. O da reallığı – yəni, yorulduğunu deyir. Qərb hərbi texnikalarını Ukraynaya göndərir. Ancaq əsas məsələ hava məkanının bağladılmasıdır ki, bunu NATO etmir. Hava məkanının bağlanması problemlərə yol aça bilər. Üçüncü dünya müharibəsi təhlükəsini göz önünə alaraq hardasa NATO-nu da başa düşmək olar. NATO-nun ən böyük yanlışı o oldu ki, vaxtında Ukraynanı təşkilata üzv olaraq qəbul etmədi. Ukrayna ordusu və cəmiyyəti cəsarətlə mübarizə aparır. Rusiya iki günə Kiyevi işğal etməyi düşünürdü. Ancaq planları puç oldu. Rusiyanın böyük itkiləri var, iqtisadiyyatı xeyli zəifləyib. Müharibə hələ bir müddət də çəkəcək. Zelenski Kiyevi tərk etməyib, rəhbərliyini davam etdirir. Ukraynanın NATO-ya üzvlüyü mümkün olmayacaq. Ancaq mübarizə davam etdikcə, müqavimət artırdıqca, Qərb müxtəlif yollarla Ukraynaya dəstək olacaq. Məsələn, dünən Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynanın müstəqilliyini təmin etdikdən sonra Marşal Planı hazırlayacaqlarını dilə gətirib”.
Siyasət şöbəsi