Müdafiə Nazirliyi yeni açıqlama yaydı
    • 10-03-2022, 01:00
    • 1 237

Müdafiə Nazirliyi yeni açıqlama yaydı

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində guya gərginliyin yaranması barədə Ermənistan sosial şəbəkələrində yayılan xəbərlərin heç bir əsası yoxdur və təxribat xarakteri daşıyır.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, hazırda bütün istiqamətlərdə vəziyyət sabitdir və Azərbaycan Ordusu bölmələrinin nəzarətindədir", - nazirlikdən əlavə ediblər.