-
- 10-03-2022, 13:08
- 950
Yevlaxda qohumlarının evində işləyən ustanın ŞOK ƏMƏLLƏRİ – UŞAQLARI ZORLAYIB
20 aprel 2021-ci il tarixdə Yevlax şəhərində yerləşən Gənclərin İnkişaf və Karyera Mərkəzində uşaqlar psixoloji seminarlardan və testlərdən keçirilərkən dəhşətli faktlar üzə çıxıb.
News24.az xəbər verir ki, testdən keçən yeniyetmələrdən 2006-cı il təvəllüdlü qızla oğlan 2016-cı ildə seksual xarakterli zorakılığa məruz qaldıqlarını bildiriblər. Belə ki, 2006-cı il təvəllüdlü qız anasının bibisi oğlu olan Orxan adlı şəxsin həmin ilin iyun-iyul aylarında onların evində tmir işləri apararkən bir neçə dəfə onu soyunduraraq qeyri-təbii yolla cinsi əlaqədə olmasını bildirib. 2006-cı il təvəllüdlü oğlan da atasının bibisi oğlu olan Orxanın həmin ilin iyul ayında ona qarşı oxşar xarakterli hərəkətlər etdiyini, qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirib. bununla bağlı dərhal aidiyəti qurumlara məlumat verilib və Yevlax şəhər sakini, 1988-ci il təvəllüdlü Orxan Paşayev barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri – 14 yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə iş açılıb.
Fevralın 22-də Şəki Ağır Cinayətlər Məhkəməsində qeyd edilən şəxs barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Məhkəmədə Orxan Paşayev dayısı qızının evində işləyərkən onun övladına qarşı heç bir pis hərəkət etmədiyini, ev sahibinin ona gördüyü işlərin müqabilində 550 manat borclu qaldığını və pulu tələb etdiyinə görə ona böhtan atıldığını deyib.
Bu səbəbdən məhkəmə Orxanın ibtidai istintaqa verdiyi ifadəni elan edib. Həmin ifadədə Orxan Paşayevin etirafedici sözlər söyləməsi məlum olub.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.