-
- 11-03-2022, 12:07
- 793
Bakıda işdən çıxan gəncdən ŞOK HƏRƏKƏT - Gecə 3-də geri qayıtdı və...
Bakıda işlədiyi yerdən xeyli miqdarda pul oğurlamış gənc məhkəmə qarşısına çıxarılıb.
News24.az-ın məlumatına görə, Binəqədi rayon Məhkəməsində Yevlax rayon sakini, 1993-cü il təvəllüdlü Səbuhi Məmmədov barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq) maddəsi ilə açılmış iş üzrə proses başa çatıb.
Məhkəmədə məlum olub ki, Səbuhi xeyli vaxt Binəqədidə yerləşən meyvə-tərəvəz satışı mağazasında satıcı işləyib. Aylıq 600 manat maaş alan Səbuhi ötən ilin sentyabrın sonunda öz ərizəsi ilə işdən çıxıb. Bundan 4 gün sonra isə o, gecə saat 03 radlərində həmin mağazaya gəlib mağazanın bağlı qapısını xüsusi üsulla açan gənc oğlan içəri daxil olaraq siyirmədəki pulla dolu balonları və qəpik qabını götürərək uzaqlaşıb. Onun apardığı balonlarda 3930 manat, qəpik qabına isə ümumilikdə 70 manat xırda pul olub.
Oğurluq faktı ilə bağlı aparılan araşdırmalardan sonra hadisənin mağazanın keçmiş əməkdaşı tərəfindən törədilməsi sübuta yetirilib və o, törətdiyi əməli etiraf edib.
Məhkəmədə Səbuhi əməlindən peşman olduğunu, ilk dəfə cinayət törətdiyini, 2 azyaşlı övladının olmasını bildirib və yüngül cəzaya məhkum edilməsini xahiş edib.
Məhkəmə S.Məmmədovun 4 aydan artıq həbsdə saxlanmasını, eləcə də yüngülləşdirici halları nəzərə alaraq onun 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə və məhkəmə zalından azadlığa buraxılmasına qərar verib. Məhkumun üzərinə elektron nəzarət cihazı tətbiq edilib.