Azərbaycanda iş yerində ŞOK HADİSƏ - Vəzifəli şəxsin boğazından yapışıb boğmağa başladı
    • 4-03-2022, 10:13
    • 1 375

Azərbaycanda iş yerində ŞOK HADİSƏ - Vəzifəli şəxsin boğazından yapışıb boğmağa başladı

Yevlax rayon Məhkəməsində ötən ilin 29 iyul tarixində rayonun Gülövşə kəndində yerləşən zavodda xuliqanlıq əməli törətmiş həmin kəndin sakini, 1987-ci il təvəllüdlü Fəqan Bağırov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, hakim Ruslan Əlizadənin sədrliyi ilə keçirilən prosesdə Fəqanın həmin gün saat 10 radələrində işlədiyi zavodun həyətində həmin MMC-nin rəhbəri ilə mübahisə etdiyi və bu zaman davam etdiyi məlum olub. Belə ki, briqadir vəzifəsindən fəhlə vəzifəsinə keçirilən Fəqan müdirdən onu yenidən əvvəlki vəzifəyə qaytarmasını tələb edib. Bu zaman o, əli ilə MMC-nin direktorunun boğazından tutub onu boğmağa çalışıb. Hadisə yerində olan MMC-nin direktorunun qardaşı ona müdaxilə etməyə çalışıb və Fəqan ona zərbələr endirərək xəsarətlər yetirib. Daha sonra hadisə ilə bağlı polisə müraciət edilib və Fəqan Bağırov barəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq-vəzifə səlahiyyətlərini yerinə yetirən şəxsə qarşı törədildikdə) maddəsi ilə iş açılıb.

Məhkəmədə F. Bağırov törətdiyi əməldən peşman olduğunu bildirib. O qeyd edib ki, mübahisə edərkən müdiri onu, qardaşını, atasını və anasını işlədiyi zavoddan işdən çıxaracağını deyib və buna görə özünü ələ ala bilməyib.

Yevlax rayon Məhkəməsi təqsirləndirilən şəxsi qeyd edilən maddə üzrə təqsirli bilib. O, aylıq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla, 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.