-
- 12-03-2022, 12:54
- 1 814
Antalyada Türkiyə və Ermənistan XİN rəhbərlərinin görüşü başladı
Türkiyədə Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş başlayıb.
News24.az-ın məlumatına görə, bu iki ölkə arasında XİN rəhbərləri səviyyəsində uzun müddətdən sonra ilk görüş olub.
Qeyd edək ki, bu ilin yanvar və fevral aylarında Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə əlaqədar təyin olunmuş xüsusi nümayəndələrin iki görüşü keçirilib.
Bundan başqa, bu ilin əvvəlindən iki ölkə arasında birbaşa reyslər işə düşüb.