Narkotik çəkib özlərini öldürmək istədilər
    • 14-03-2022, 11:26
    • 734

Narkotik çəkib özlərini öldürmək istədilər

DİN-in “102-Zəng Mərkəzinə” müraciət edən Sumqayıt şəhər sakini S.Seyidova martın 12-də ögey bacısı R.Cəfərovanın Əmrah adlı şəxslə birlikdə Quba şəhərində olmalarını, Əmrahın özünü və qızı öldürmək istəməsini bildirilib. 

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, dərhal Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş, Sumqayıt şəhər sakinləri Ə.Ağazadə və R.Cəfərovanın olduqları yer müəyyən edilmiş, saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. 

Polis əməkdaşları tərəfindən onların narkotik vasitənin təsiri altında olmaları müəyyən olunmuş və barələrində İnzibat Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilib. 

Quba rayon məhkəməsinin qərarı ilə Ə.Ağazadə 20 gün müddətində inzibati qaydada həbs olunub, R.Cəfərova isə 400 manat məbləğdə cərimələnb.