-
- 14-03-2022, 13:32
- 2 027
Bakını qarışdıran, polislərə tabe olmayan Kamranla bağlı YENİ XƏBƏR - Video
Ötən ilin sentyabrında Bakıda polisin qanuni tələbinə məhəl qoymayaraq yüksək sürətlə və təhlükəli manevrlərdə paytaxtın mərkəzində hərəkəti iflic edən 1993-cü il təvəllüdlü Kamran Cəbrayılzadə məhkəmə qarşısına çıxarılıb.
News24.az-ın məlumatına görə, Yasamal rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq – silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə açılmış ilə baxılıb və o, 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisədən sonra Daxili İşlər Nazirliyi Bakıda yol polisinin tələbinə tabe olmayaraq digər vətəndaşların maşınlarını vurub hadisə yerindən uzaqlaşmağa çalışan şəxslə bağlı açıqlama yayıb.
DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sentyabrın 24-də paytaxtda "Volkswagen” markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Kamran Cəbrayılzadə ictimai qaydanı, ictimai asayişi qəsdlə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə 10-a yaxın avtomobilə maddi ziyan vuraraq polisin təqibindən yayınmağa cəhd göstərib.
Davamlı olaraq, avtoxuliqanlıq hərəkətləri ilə müşayiət olunan avtomobilin həyata keçirilən təxirəsalınmaz tədbirlərlə və vətəndaşların əməli köməkliyi ilə saxlanılması təmin olunub.
Digər vətəndaşların avtomobillərinə dəyən ziyanla bağlı müraciətləri istintaq materiallarına əlavə edilib.
Qeyd edək ki, Kamranın hərəkətləri səbəbindən paytaxtda hərəkət iflic olub, polis bir neçə yerdə süni tıxac yaratmağa məcbur olub, nəhayət Yasamal rayonu ərazisində yerləşən “Zefir Mall”ın qarşısında onu saxlamaq mümkün olub. Lakin burada Kamran polisin maşından tutmasına baxmayaraq avomobili irəli-geri hərəkət etdirərək DYP əməkdaşının həyatına təhlükə yaradıb. Avtomobildən düşdükdən sonra isə o, polis əməkdaşlarına hücum edib.