Bakıda sürücünü maşından düşürüb döydülər, avtomobilin şüşələrini qırdılar
    • 1-03-2022, 12:30
    • 929

Bakıda sürücünü maşından düşürüb döydülər, avtomobilin şüşələrini qırdılar

Bakıda xuliqanlıq etmiş şəxs barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, Nizami rayon Məhkəməsində 1983-cü il təvəllüdlü Eynur Əliyev barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq- silah və ya silah qismində əşya tətbiq etməklə törədildikdə) maddəsi ilə açılmış iş üzrə prosesin yekununda o, 1 il sınaq müddəti təyin edilməklə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Məhkəmədə məlum olub ki, hadisə ötən il iyunun 27-də Nizami rayonu bəhruz Nuriyev küçəsi 71 ünvanının qarşısında baş verib.

Belə ki, Eynur səki ilə gedərkən park halında olan “Kia” markalı avtomobili sürücü geriyə hərəkət etdirib. Bu zaman piyada E.Əliyev maşına toxunaraq yıxılıb. O, ayağa qalxaraq sürücüyə irad bildirib və dava düşüb. Dava zamanı Eynur sürücünü sükan arxasından düşürərək ona zərbələr endirib, dəmir parçası ilə avtomobilin şüşələrini sındırıb.

Təqsirləndirilən şəxslə zərərçəkmiş tərəf istintaq müddətində barışıb.

Məhkəmə 39 yaşlı Eynur Əliyevin 1 il sınaq müddəti təyin edilməklə 2 il müddətinə azadlıqdan məhrum edilməsinə hökm edib.