Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda dəfn olunacaq
    • 15-03-2022, 12:50
    • 1 378

Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda dəfn olunacaq

Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda dəfn olunacaq.

News24.az xəbər verir ki, bu barədə "Report"a Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov məlumat verib.

O qeyd edib ki, R.İbrahimbəyov qardaşı mərhum Maqsud İbrahimbəyovun yanında torpağa tapşırılacaq.

Məlumat üçün bildirək ki, Xalq yazıçısı ilə vida mərasimi martın 16-da, saat 12:00-da Nizami Kino Mərkəzində baş tutacaq.

Xatırladaq ki, R.İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə 83 yaşında vəfat edib. Onun cənazəsi martın 15-də Vətənə gətirilib.