-
- 15-03-2022, 13:58
- 1 573
Azərbaycanda ailə faciəsi: Uşaq, atası və nənəsi eyni gündə öldü – TƏFƏRRÜAT
Ötən il fevralın 7-nə keçən gecə Ağdaş-Ləki yolunda 3 nəfərin ölümü, 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, hadisə vaxtı toqquşan “Vaz 2107” və “Mercedes” markalı 2 avtomobilin ikisinin də sürücüsü sərxoş vəziyyətdə olub. “Vaz 2107”nin sürücüsü hadisə nəticəsində övladı və anası ilə birlikdə vəfat etdiyindən məhkəmə qarşısında digər avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü İqbal Sadiqli çıxarılıb.
Bildirilib ki, hadisədən əvvəl İ.Sabirli dostu ilə birlikdə yeyib-içiblər. Həmin gün ailə üzvləri ilə Mingəçevirə gedən “Vaz 2107”nin sürücüsü S.Əhmədov isə daha sonra evə qayıtdıqdan sonra həyat yoldaşı, anası, övladları ilə birlikdə qayınanasıgilə gedib. Oradakı məclisdən sonra gecə saat 24 radələrində geri qayıdanda sürətlə hərəkət edən avtomobillər toqquşublar. Saat 00:10 radələrində Ağdaş-Ləki yolunun Nehrəxəlil kəndi ərazisindən keçən hissəsində "Mersedes" və "VAZ 2107" markalı minik avtomobilləri toqquşması nəticəsində 1961-ci il təvəllüdlü Əhmədova Rahilə Namət qızı, onun nəvəsi 2008-ci il Əhmədova Rahilə Seymur qızı, oğlu 1984-cü il təvəllüdlü Əhmədov Seymur Səməd oğlu aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, İsmayılova Dursun Qiyas qızı, Əlizadə Xəzan Fikrət qızı, Əhmədov Təbriz Teymur oğlu, Sadiqli İqbal Elton oğlu ağır xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisə vaxtı avtomobildə olan mərhum S.Əhmədovun həyat yoldaşı, həmçinin həlak olan uşağın anası olayı belə xatırlayıb: “06 fevral 2021-ci il tarixdə saat 14 radələrində mərhum ərim Seymur Əhmədov, qaynanam Rahilə Əhmədova, qaynım Samir Əhmədov, qohumum Pərviz İsmayılovun avtomobilinə əyləşib Mingəçevir şəhərində yaşayan qohumumuzun evlərində təşkil olunan ad günü məclisinə getdi. Mən isə övladlarımla birlikdə yaşadığım evdə qaldım. Həmin gün saat 20 radələrində Seymurgil geri qayıtdı. Bundan sonra övladlarım, yoldaşım, qaynanamla birgə ərim Seymur Əhmədova məxsus qırmızı rəngli VAZ-2107 markalı 10–DO-468 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşib saat 21 radələrində evdən çıxaraq Ləki qəsəbəsində yaşayan anam Məlahət İsmayılovanın yaşadığı evə gəldik. Orada təxminən 1 saat oturduqdan sonra avtomobilə əyləşib Ləki qəsəbəsindən çıxaraq yaşadığımız Ağdaş şəhərinə gələrkən 15-20 dəqiqə sonra Ağdaş-Ləki avtomobil yolunda hərəkətdə olarkən qarşı yoldan hərəkət edən markasını və nömrəsini görmədiyim avtomobilin sürücüsü avtomobilin yaxın və uzaq işıqlarını yandırıb söndürməyə başladı. Həmin vaxt həyat yoldaşım Seymur Əhmədov hətta qarşıdan hərəkət edən avtomobilin işıqlarının gözünü kor etdiyini dedi. Bir neçə saniyə sonra hərəkətdə olduğumuz avtomobillə qeyd olunan avtomobil toqquşdu və nəticədə qəza baş verdi. Həmin avtomaşın bizim yola çıxmışdı, toqquşma bizim hərəkətdə olduğumuz yolda baş verib. Sonradan İqbal Sabirlinin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobilin hərəkətdə Seymurun idarə etdiyi VAZ-2107 markalı avtomobilin yoluna çıxaraq toqquşduğunu bildik. Sonradan baş verənlər yaddaşımda qalmayıb. Özümə gəldikdən sonra Göyçay RMX-na aparıldığımı gördüm. Bədənimdə çoxsaylı xəsarətlər və sınıqlar vardı, bir neçə gün sonra baş vermiş qəzada övladımın çoxsaylı bədən xəsarətləri aldığını, əri Seymur Əhmədov, digər övladım Rahilə Əhmədova və qaynanamı Rahilə Əhmədovanın isə öldüyünü bildim”.
Məhkəmədə təqsirləndirilən İqbal Sabirli qəza anında qarşıdan gələn avtomobilin nizamsız hərəkət etdiyini və işıq siqnalı verərək ona xəbərdarlıq eetmək istədiyini, hadisənin də bu vaxt baş verdiyini bildirib.
Məhkəmədə qeyd edilib ki, hadisə vaxtı sürücülərin ikisi də içkili olub. Həmçinin mərhum Seymur Əhmədovun sürücülük vəsiqəsi olmayıb.
Şəki Ağır Cinayətlər Məhkəməsi 1994-cü il təvəllüdlü İqbal Sabirlinin məhkəmə zalındaca həbs edilməsinə, 4 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə hökm edib.