Rusiya Bakıya reysləri bu tarixdən bərpa edir
    • 15-03-2022, 14:02
    • 1 769

Rusiya Bakıya reysləri bu tarixdən bərpa edir

Rusiyanın “Aeroflot” aviaşirkəti Bakıya reysləri bərpa edir.

News24.az xəbər verir ki, bu barədə şirkətdən məlumat yayılıb.

“Aeroflot” martın 21-dən Azərbaycana uçuşları bərpa edir və yerli SSJ100 təyyarələri ilə Moskvadan Bakıya reyslər təşkil olunacaq", - məlumatda bildirilib.

Bundan başqa, “Aeroflot” Bakıya gündəlik reyslər üçün bilet satışına başlayıb.