Putin və Paşinyan Qarabağdakı vəziyyəti müzakirə ediblər
    • 16-03-2022, 20:50
    • 1 653

Putin və Paşinyan Qarabağdakı vəziyyəti müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı olub.

News24.az xəbər verir ki, liderlər 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əksini tapmış məsələlərə toxunub.

Paşinyan və Putin Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı danışıqların təşkili üçün Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciətini müzakirə ediblər.

Söhbət zamanı həmçinin Ermənistan-Türkiyə dialoqu, bu kontekstdə son proseslər, eləcə də Ukrayna ətrafında vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistan baş nazirinin apreldə Rusiyaya rəsmi səfərinin təşkili məsələləri müzakirə edilib.