-
- 17-03-2022, 15:50
- 1 646
1 ay əvvəl boşandığı arvadının qonşularla münasibətindən şübhələndi, küçədə öldürdü
Ötən ilin 26 may tarixində günorta saatlarında Gəncə şəhəri, Kəpəz rayonu Məmməd Xələfov küçəsində 1990-cı il təvəllüdlü Amanova Günay Ağamir qızının keçmiş əri, 1984-cü il təvəllüdlü Amanov Qafar Cavanşir oğlu tərəfindən qətlə yetirilməsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə açılmış işə baxılarkən bəzi məqamlar üzə çıxıb.
Bəlli olub ki, Günayla Qafarın ataları doğma xalaoğlu olub və onlar 2010-cu ildə ailə həyatı qurublar. Cütlüyün 2010 və 2012-ci illərdə bir qız və oğul övladları dünyaya gəlib və onlar Bakı şəhər Xətai rayonunda yaşamağa başlayıblar.
Lakin bir müddət sonra Qafarın valieynlərinin vəfat etməsindən sonra evdə qısqanclıq mübahisələri artıb. Qafar Günayı qonşuluqda yaşayan şəxslərə qısqanmağa, söz-söhbət salmağa başlayıb. Nəhayət 2021-ci ilin aprelində onlar Xətai rayon Məhkəməsinin qərarı ilə boşanıblar və Günay övladları ilə birgə Gəncəyə qayıdıb və atasının yaşadığı evin yaxınlığında kirayə mənzil tutaraq yaşamağa başlayıb. Lakin Qafarın qısqanclıq problemi davam edib və Günaya zəng edərək, sms yazaraq Bakıda münasibətdə olduğunu iddia etdiyi şəxslərlə əlaqəsini kəsməsini tələb edib. Günay isə Qafarın ona böhtan atdığını deyib və sərt şəkildə etiraz edib. Bundan sonra Qafar Bakıdakı evindən bıçaq götürərk öz avtomobili ilə Gəncəyə yollanıb. 1 gün Gəncədə oteldə qalan kişi daha sonra keçmiş həyat yoldaşının yaşadığı həyətə gedərək onu izləyib. Bağça müəllimliyinə hazırlaşan və repititor yanına gedən günayın evdən çıxaraq küçədə getdiyini görən Qafar ona yaxınlaşaraq hücum edib və bıçaqla çoxsaylı zərbələr endirərək öldürüb.
Qeyd edək ki, məhkəmədə Günayın Qafara xəyanət etməsini sübut edən heç bir fakt göstərilməyib. Qafar yalnız şübhələri əsasında hərəkət etdiyini bildirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qafar Amanovun 17 il müddtinə azadlıqdan məhrum edilməsinə və cəzasını ciddi rejimli müəssisədə çəkməsinə qərar verib.