Ötən gün 69 cinayətin üstü “isti izlər”lə açılıb
    • 19-03-2022, 10:20
    • 1 790

Ötən gün 69 cinayətin üstü “isti izlər”lə açılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 69 cinayətin üstü “isti izlər”lə açılıb.
 
DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.
   
Axtarışda olduğuna görə ümumilikdə 88 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 63 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.