Zakir Həsənovun Pakistana səfəri başladı
    • 21-03-2022, 13:25
    • 1 712

Zakir Həsənovun Pakistana səfəri başladı

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın dəvəti ilə martın 21-də bu ölkəyə rəsmi səfərə gedib.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Z.Həsənovun ölkənin bir sıra dövlət və hərbi rəsmiləri ilə görüşü, eləcə də Pakistanın “Milli Günü”nə həsr edilən hərbi paradda fəxri qonaq qismində iştirakı nəzərdə tutulub.